Azərbaycan vətəndaşı Gürcüstanda silahla yaxalandı

Azərbaycan vətəndaşı Gürcüstanda silahla yaxalandı
10:12 14 Mart 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstan polisi biri Azərbaycan vətəndaşı olmaqla iki nəfəri saxlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, onlar qanunsuz şəkildə odlu silah və sursatın əldə edilməsi və saxlanılmasında şübhəli bilinirlər.
 
24 yaşlı Azərbaycan vətəndaşı və 22 yaşlı digər şəxsin olduğu avtomobil Qardabanidə saxlanılıb. Maşında axtarış aparılarkən polis əməkdaşları "TT" markalı tapança və 15 ədəd güllə aşkar edib.
 
İstintaq gedir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/525917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR