"Azərbaycan millisində oynamaq istəyirəm" - Türk futbolçu

"Azərbaycan millisində oynamaq istəyirəm" -   Türk futbolçu
10:27 14 Mart 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

"Azərbaycan millisindən təklif almışam". Fanat.Az xəbər verir ki, bu sözləri Türkiyənin "Adana Dəmirspor" klubunun futbolçusu Sercan Kaya deyib.


28 yaşlı yarımmüdafiəçi nənəsinin azərbaycanlı olduğunu bildirib: "Ata nənəm azərbaycanlıdı. Hardan öyrəndiklərini bilmirəm, amma təklif göndərmişdilər. Yaxın zamanda çağıracaqlarını dedilər. Mən də getməyi düşünürəm. Keçmişdə Türkiyə millisində oynammışam, əlimdən gələni etmişəm. Azərbaycanı da özümə uzaq görmürəm".


Qeyd edək ki, AFFA 2013-cü ildə Sercan Kayaya təklif göndərmişdi. Lakin futbolçu təklifi qəbkl etməmişdi. Həmin vaxt o, açıqlamasında bunları demişdi: "Azərbaycan milli komandasında oynamaq variantım vardı. Rəsmi görüşlərin ardından bu barədə fikirləşmək üçün vaxt istəmişdim. Lakin qəbul etməmək qərarı aldım. Azərbaycan millisinin dəftəri mənim üçün bağlandı. Yaxşı oynamağa davam etsəm, Türkiyə millisinin formasını geyinə biləcəyimi düşünürəm". 


Sercan Kaya cari mövsümün əvvəlindən "Adana Dəmirspor"da çıxış edir. O, PTT 1-ci liqa klubunun heyətində 22 rəsmi oyuna çıxıb və 3 qol vurub. Futbolçu əvvəllər "Bucaspor", "Trabzonspor", "1461 Trabzon" və "Çaykur Rizəspor" klublarında top qovub, Türkiyənin U-20 yığmasına çağrılıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotazrbaycan-millisind-oynamaq-istyirmquot-t56904.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR