ATƏT monitorinq keçirəcək

ATƏT monitorinq keçirəcək
10:29 14 Mart 2017
53 Digər
Ölkə mətbuatı
A- A+

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 15-də Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
 

 

Lent.az-ın Müdafiə Nazirliyinə istinadən bildirir ki, Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller keçirəcəklər.


Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Xristo Xristov və Piter Şvedberq aparacaqlar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269770

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR