IV İslam Həmrəyliyi Oyunlarının cüdoçu səfirləri master-klass keçiblər

IV İslam Həmrəyliyi Oyunlarının cüdoçu səfirləri master-klass keçiblər
10:42 14 Mart 2017
119 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri “Domestic Grassroots” proqramı çərçivəsində gənc idmançılar və idmana həvəsli olan gənclər üçün master-klasslara start veriblər.
"Report"un İslamiadanın rəsmi "facebook" səhifəsinə istiandən verdiyi məlumata görə, ilk master-klass cüdo üzrə olub. "Neftçi" klubunun təlim bazasında Olimpiya mükafatçıları Rüstəm Orucov və Elmar Qasımov tərəfindən təşkil olunmuş seminarın iştirakçıları öyrənməklə yanaşı, həm də çox şən və maraqlı vaxt keçiriblər.
Qeyd edək ki, bu gün Olimpiya Güləş Mərkəzində baş tutacaq güləş üzrə master-klassda olimpiya mükafatçısı Hacı Əliyev iştirak edəcək. Martın 15-də "Bayıl Arena"da reallaşacaq futbol üzrə master-klass isə Azərbaycan milli komandasının üzvü Ruslan Abışov tərəfindən keçiriləcək.






Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/iv-i-slam-hemreyliyi-oyunlarinin-cudocu-sefirleri-master-klass-kecibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR