Milan "Qarabağ"la oynamayacaq

Milan "Qarabağ"la oynamayacaq
10:42 14 Mart 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının XXII turunun ilk oyun günü 1 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Zirə"nin oyunçusu Milan Duriç növbəti turu buraxmalı olacaq.

Belə ki, "Kəpəz"lə səfər oyunundakı (0:1) sarı vərəqə 30 yaşlı yarımmüdafiəçi üçün mövsümdə 4-cü olub. Bu da serbiyalı futbolçunun XXIII turda oynamasına "qırmızı işıq" yandırıb. Milan "Qarabağ"la görüşü buraxacaq.
 
Qeyd edək ki, Duriç I dövrədə "Neftçi" (1:0) və AZAL (3:1), II dövrədə "Qarabağ"a (0:2) qarşı matçda xəbərdarlıq almışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/525924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR