"Azərbaycan istənilən yerdə öz sözünü deyir"

Niderland hökumətinin Türkiyə nazirlərinin səfərinə icazə verməməsi iki ölkə arasında siyasi-iqtisadi münasibətlərə zərbə vurub. Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, Niderlandın Türkiyəyə qarşı hərəkətləri diplomatik-etik çərçivələrdən kənardır.

Millət vəkili Elman Nəsirov Metbuat.az-a açıqlamasında bildirib ki, təkcə Türkiyə deyil, beynəlxalq hüququn pozulduğu istənilən yerdə Azərbaycan öz sözünü deyir:

“Azərbaycan balanslaşdırılmış siyasət həyata keçirir. Türkiyə bizim üçün strateji müttəfiq dövlətdir. Biz bu halda beynəlxalq hüququn keşiyində dayanır, onu müdafiə edirik. Azərbaycanın Xarici İşlər Nazirliyi artıq bununla bağlı mövqeyini bildirib. Mövqeyi də ondan ibarətdir ki, bu halı kəskin pisləyib. Və Niderland hakimiyyətinin bu addımlarının beynəlxalq hüququn prinsiplərinə zidd olduğu ifadə olunub. Azərbaycanın mövqeyi dəyişməz və birmənalıdır. Təkcə Türkiyə deyil, beynəlxalq hüququn pozulduğu istənilən yerdə Azərbaycan öz sözünü deyir”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR