Hökumət qumara qarşı mübarizəyə başladı - Prokurorluq araşdıracaq

Hökumət qumara qarşı mübarizəyə başladı -   Prokurorluq araşdıracaq
10:47 14 Mart 2017
122 İdman
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda dəyişiklik edib.


Fanat.Az xəbər verir ki, Qaydaya əsasən Azərbaycan Respublikasının ərazisində idman mərc oyunlarını yalnız Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunlarının operatoru) həyata keçirə bilər.


Dəyişiklik mərc oyunları operatorunun mərc oyunlarının təşkili və oynanılması ilə bağlı aşağıdakı hüquq və vəzifələri ilə bağlıdır.


Dəyişikliyə əsasən, operatorun hüquq və vəzifələri artırılıb. Bundan sonra operator idman yarışlarının manipulyasiyasına şübhə olduğu halda dərhal Gənclər və İdman Nazirliyinə, maliyyə bazarlarına nəzarət orqanına və prokurorluğa məlumat verməlidir.


Qeyd edək ki, Azərbaycanda idman mərc oyunlarının operatoru "Topaz"dı.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-hokumt-qumara-qar-mubarizy-balad-t56905.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR