Türkiyə Mərkəzi Bankı 2017-ci il üçün proqnozlarını yeniləyib

Türkiyə Mərkəzi Bankı 2017-ci il üçün proqnozlarını yeniləyib
10:47 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankı (TCMB) proqnozlarla bağlı mart hesabatını açıqlayıb. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, sənədə əsasən, 2017-ci ilin sonunda ABŞ dollarının məzənnəsi 3,8495 TRY/USD təşkil edəcək. Qeyd edək ki, fevral proqnozunda bu göstərici 3,8807 TRY/USD-yə bərabər olub.
İlin yekununda inflyasiya göstəricisi əvvəlki hesabatda 8,87% olduğu halda, martda 9,08%-ə yüksəldilib.
Hesabata əsasən, Türkiyənin 2017-ci ildə iqtisadi artım tempi 2,9% səviyyəsində saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turkiye-merkezi-banki-2017-ci-il-ucun-proqnozlarini-yenileyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR