Mobil telefon necə boşanmaya səbəb olur?

Araşdırmalara görə, mobil telefonların qadınlarda və kişilərdə sonsuzluğa səbəb olduğu ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, mobil telefonlarından yayılan radiasiya kişilərin beynində testosteron istehsalını təmin edən bölgəyə təsir edir, sperma sayını azaldır. Qadınlarda isə estrogen hormanlarını azaldır, embrionun rəhmdə qalmasını çətinləşdirir və bunun nəticəsində sonsuzluğa yol açır. Nəticədə isə yüzlərlə ailə uşaq probleminə görə dağılır.

Mütəxəssislər deyir ki, bu problemlərlə qarşılaşmamaq üçün bəzi məqamlara diqqət etmək vacibdir.

Mobil telefonla uzun müddət danışmayın. Telefonu bədəninizdən uzaq tutun. Oyun üçün telefonlardan istifadə etməyin. Evdə olduğunuz zaman mobil telefonlarınızı bağlı saxlamağa çalışın. Danışıb qurtardıqdan sonra telefonu mümkün qədər bədəninizdən uzaq tutun. Uşaqlarda irəli yaşlarda problem yaranmaması üçün onları mobil telefon və planşetdən uzaq tutun.

Yatdığınız otaqda mobil telefon saxlamayın. Radiasiya yaydığı üçün orqanizminizə zərər verəcək.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR