İstanbulda azərbaycanlı pianoçunun yeni albomunun təqdimatı keçiriləcək

İstanbulda azərbaycanlı pianoçunun yeni albomunun təqdimatı keçiriləcək
11:02 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ Əməkdar artist İslam Manafovun dahi bəstəkar Frederik Şopenin əsərlərindən ibarət yeni albomunun İstanbuldakı Cemal Reşit Rey Konsert zalında təqdimatı keçiriləcək.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Təqdimat martın 25-də baş tutacaq. 
10 Qremmi mükafatı laureatı, əfsanəvi produsser Kristofer Alderin rəhbərliyi ilə Almaniyanın Hannover şəhərindəki Bethoven zalında yazılmış CD-Albom artıq İsveçrə, Avstriya, Almaniya və digər ölkələrdə satışa çıxarılıb.
Komitədən bildirilib ki, soydaşımızın ifasında ərsəyə gəlmiş albomun Avropada ilk tanıtım konserti Avstriyanın Vyana şəhərində, Motsartın yaşadığı evdə keçirilib. Diplomatların, musiqi tənqidçilərinin, dünya şöhrətli musiqiçilərin dinlədiyi konsert anşlaqla keçib və dinləyicilərdə maraq yaradıb.
Lüksemburqda çap edilən “Pizzicato” jurnalı və Amerikanın Atlanta şəhərindəki musiqi tənqidçisi Fil Muz soydaşımızın CD-Albomu haqqında yazaraq, onu yüksək qiymətləndiriblər.
Qeyd edək ki, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafov uzun illərdir Türkiyədə yaşayır və işləyir. 


Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/i-stanbulda-azerbaycanli-pianocunun-yeni-albomunun-teqdimati-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR