Vağzalda yatmaq da pulludur - Bir saatı 10 manata - FOTO

Vağzalda yatmaq da pulludur - Bir saatı 10 manata - FOTO
11:12 14 Mart 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Dəmiryolu Vağzalında sərnişinlərin istirahət etməsi üçün nəzərdə tutulan "Sleepbox" istifadəyə verilib. 

Milli.Az xəbər verir ki, Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova azvision.az-a bildirib ki, "Sleepbox"da istirahət etmək istəyən sərnişin 1 saat üçün 10 manat ödəniş etməlidir. Şöbə rəisi qeyd edib ki, hazırda 1 ədəd olan "Sleepbox" ehtiyac olarsa, artırılacaq.

Qeyd edək ki, "Sleepbox" qatarın gəlişini gözləyən sərnişinlərin istirahət etməsi üçün nəzərdə tutulub. Sərnişinlər "Sleepbox"da TV-yə baxa, öz kompüterlərində işləyə, həmçinin yata bilərlər. "Sleepbox" isti döşəmə, elektron jalüz və kondisionerlə təchiz olunub. Həmçinin burada istirahət edən sərnişin qatarların hərəkət cədvəlini onlayn rejimdə nəzərətdə saxlaya bilər. "Sleepbox"da istirahət etmək istəyən şəxs gözləmə zalının ikinci mərtəbəsində qeydiyyatdan keçməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/525928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR