İrqçi siyasətçi: “Mən olsaydım türk səfiri...” – VİDEO

İrqçi siyasətçi: “Mən olsaydım türk səfiri...” – VİDEO
11:13 14 Mart 2017
113 Dünya
Ölkə mətbuatı
A- A+

Niderlandda martın 15-də keçiriləcək parlament seçkilərinin favoritləri olan Liberal Partiyasının (VVD) lideri və baş nazir Mark Rutte ilə sağçı Azadlıq Partiyasının (PVV) başçısı Gert Vilders teledebatda üz-üzə gəlib.

Publika.az xəbər verir ki, teledebata “Türkiyə böhranı” damğasını vurub.

“Nasizm və faşist bənzətmələri qəti şəkildə qəbul edilə bilməz. Bu sözlərin geri götürülməli olduğunu düşünürük. Vəziyyətin daha da gərginləşməsini istəmirik. Amma türklər vəziyyəti gərginləşdirsə, cavab vermək məcburiyyətində qalacağıq”, - baş nazir deyib.

İrqçi lider Vilders Türkiyənin Niderlanddakı səfiri və konsulluq əməkdaşlarının ölkədən çıxarılmasını təklif edib: “Mən olsaydım, türk səfirini dərhal ölkədən çıxarardım”.

Baş nazir isə Vildersə “kresloda oturub tvit atmaqla, ölkənin idarə etmək arasındakı fərq budur” deyərək cavab verib.

Vildersin teledebata xüsusi qoruyucu ilə gəlməsi diqqətlərdən qaçmayıb. Bu hadisə sosial şəbəkələrdə müzakirə mövzusu olub. Bəziləri bunun təhlükəsizlik üçün lazım olduğunu bildirsələr də, digərləri Vildersin insanların qorxularını istismar etdiyini vurğulayıblar.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR