"Beşiktaş" Şenol Güneşin yerinə baş məşqçi tapdı

"Beşiktaş" Şenol Güneşin yerinə baş məşqçi tapdı
11:17 14 Mart 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

"Beşiktaş" rəhbərliyi mövsümün sonunda müqaviləsinin müddəti başa çatacaq Şenol Günəşin yerinə baş məşqçi tapıb. Fanat.Az xəbər verir ki, türk mütəxəssis komandanı tərk edəcəyi halda, baş məşqçi postu hazırda Portuqaliyanın "Sportinq" klubuna başçılıq edən Xorxe Xesusa tapşırılacaq.


Bu iddia ilə Portuqaliyanın aparıcı mətbuat orqanlarından olan "O Jogo" qəzeti çıxış edib. Qəzet yazır ki, 62 yaşlı mütəxəssisin mövsümün sonunda "Sportinq"dən ayrılacağı gözlənilir. Onun növbəti iş yeri isə böyük ehtimalla, "Beşiktaş" olacaq. Təbii ki, Şenol Günəş klubla yeni müqavilə imzalamasa...


Portəgiz həmkarlarımız hətta "Beşiktaş"ın Xesusa ilə 6 milyon avro maaş təklif etməyi planlaşdırdığını da iddia edib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbeiktaquot-enol-gunein-yerin-ba-mqci-tapd-t56906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR