Fuad Axundov: "Erməni xalqının özü də saxta tarixşünaslıqdan əziyyət çəkir"

Fuad Axundov: "Erməni xalqının özü də saxta tarixşünaslıqdan əziyyət çəkir"
11:22 14 Mart 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 Mart. REPORT.AZ/ "Bu gün tarixçi-tədqiqatçılar saxta erməni tarixşünaslığına qarşı öz mövqelərini bildirməlidirlər".
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov Bakıda keçirilən "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda beynəlxalq konfransda deyib.
"Hazırda bütün dünyada saxtakarlığa qarşı mübarizə gedir. Çünki hamı belə yolla vahid informasiya məkanının məhv olacağını bilir", - deyə F.Axundov bildirib.
Onun sözlərinə görə, ermənilər saxta tarixşünaslıqdan əziyyət şəkən xalqdır. Sektor müdiri erməni xalqında ölkədə hər şüyin yaxşı olması, ölkənin inkişaf etməsi illüziyasının yaradıldığını vurğulayıb.
"Ancaq heç bir ölkə, hətta Ermənistanın özü 25 ildir Qarabağı tanımır", - F.Axundov deyib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/fuad-axundov-ermeni-xalqinin-ozu-de-saxta-tarixsunasliqdan-eziyyet-cekir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR