Dörd yeni “iPad” modelinin nümayişi gözlənilir

Dörd yeni “iPad” modelinin nümayişi gözlənilir
11:35 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Ekspertlər və komplekt hissə tədarükçüləri “Apple” şirkətinin “iPad” planşetinin bir neçə modifikasiyasını, o cümlədən çərçivəsiz ekrana malik versiyasını təqdim edəcəyi ilə bağlı fikirlər səsləndirirlər.

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, yeni yayılan şayiələr növbəti həftə ərzində “iPad” planşetinin dörd versiyasının nümayiş etdiriləcəyini ehtimal etməyə əsas verir.

Məlumata görə, “Apple” “iPad Pro” seriyasından  9,7 və 12,9 (iPad Pro 2) formatlarında iki yenilənmiş planşet, eləcə də iki tam yeni model hazırlayır. Onlardan biri 7,9 düymlü ekranla təchiz ediləcək və “iPad mini” istehsal xəttini əvəzləyəcək, ikincisinin isə 10,5 düymlü bahalı model olacağı bildirilir. Çərçivəsiz ekrana malik olacaq sonuncu qurğunun “Home” düyməsi ilə təchiz edilməyəcəyi gözlənilir.

Dörd “iPad” modelinin “iPad Pro” ailəsinə aid olacağı qeyd olunur.

Bir müddət əvvəl “MacRumors” nəşri məlumatlı mənbələrə istinadən yeni “iPad Pro” planşetlərinin bu ayın sonunadək - martın 20-si və 24-ü arasında nümayiş ediləcəyi barədə məlumat verib.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46626-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR