​Fotodakı məqam həyatını qurtardı…

İki yaşındakı oğlunun fotosunu çəkəkən ana, onun qorxunc xəstəliyini öyrənib.

Metbuat.az xəbər verir ki, Akshata Rao 2 yaşındakı oğlu Aayaanın fotosunu çəkərkən sol gözündə bir nöqtə olduğunu görüb: “Aayaanın gözündə hər zaman bir parıltı olub, ancaq həkimlər qorxulu bir şey olmadığını və zamanla düzələcəyini deyiblər”.

Göz həkimi ilə məsləhətləşən ailə qorxularında haqlı çıxıb. Aparılan testlərin nəticəsində Aayaanın retinasında şiş olduğu və göz sinirinə yayıldığı ortaya çıxıb. Uşağın göz siniri və gözü alınaraq süni göz yerləşdirilib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR