Çempionlar Liqası: 1/8 finalın daha iki cavab matçı keçiriləcək

Çempionlar Liqası: 1/8 finalın daha iki cavab matçı keçiriləcək
11:42 14 Mart 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab matçı keçiriləcək. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İtaliya və İngiltərədə baş tutan oyunlardan sonra 1/4 finala yüksələn komandaların sayı 6-ya çatacaq.

"Yuventus"  səfərdə 2 qolla üstələdiyi "Porto"nu qəbul edəcək.

İngiltərədəki oyun gərgin və maraqlı matç olacaq. Premyer Liqanın son qalibi olan "tülkülər" avrokubokda da sürprizə imza atmaq niyyətindədirlər. Onları Avroliqanın son qalibi "Sevilla" ilə çətin oyun gözləyir.

Qeyd edək ki, 4 komanda - 2 Almaniya və 2 İspaniya təmsilçisi 1/4 finala vəsiqəni təmin edib. Bunlar yarışın son qalibi "Real", "Barselona", "Bayern Munich" və Dortmund "Borussia"sidir.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

14 mart

23:45 "Yuventus" (İtaliya) - "Porto" (Portuqaliya)

Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)

İlk oyun - 2:0

23:45 "Lester" (İngiltərə) - "Sevilya" (İspaniya)

Baş hakim: Daniele Orsato (İtaliya)

İlk oyun - 1:2

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/525955.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR