Türkiyə Niderlandla bağlı qərarını verdi və...

Türkiyənin Nazirlər Kabineti Niderlandla bağlı yaranan diplomatik böhranla əlaqədar toplantı keçirib.

Metbuat.az xəbər verir ki, toplantıda rəsmi Amsterdama qarşı vacib qərarlar qəbul edilib. Bu barədə açıqlama verən hökumət sözçüsü Numan Kurtulmuş bəyan edib ki, iki ölkə arasında diplomatik əlaqələr dayandırılıb. Dövlət və hökumət nümayəndələrinin səfər və görüşləri təxirə salınıb.

Niderland səfirinin ölkəyə girişinə qadağa qoyulub. Kurtulmuşun sözlərinə görə, qərarlar Amsterdam səhvini kompensasiya edənə qədər qüvvədə olacaq.

Sübhan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR