Minik avtomobili ilə yük maşını toqquşub: xəsarət alan var - FOTO

Minik avtomobili ilə yük maşını toqquşub: xəsarət alan var - FOTO
11:57 14 Mart 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda baş verən qəzada sürücülərdən biri ağır xəsarət alıb.

Milli.Az report-a itsinadən xəbər verir ki, hadisə Göyçay-Bərgüşad yolunun 5-ci km-də qeydə alınıb.

Göyçaydan Bərgüşad istiqamətində hərəkət edən Göyçay rayonunun Veysəlli kənd sakini Mehman Nəzərovun idarə etdiyi "Toyota" markalı minik maşını Şirvan kanalı üzərində körpüdən keçərkən idarə etməni itirərək qarşı tərəfdən gələn "Azəravtoyol" ASC-nin 17 saylı yol istismar idarəsinə məxsus "TATRA" markalı yuk maşınan, daha sonra arxadandan gələn "VAZ 21011" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində "Toyota"nın sürücüsü M.Nəzərov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. O, ətrafdakıların köməkliyi ilə maşından çıxarılaraq Göyşay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/525965.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR