“Səadan” yatağında yeni quyu istismara verilib

“Səadan” yatağında yeni quyu istismara verilib
12:02 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ “Səadan” yatağında 1834 nömrəli quyu qazmadan sonra istismara verilib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qovundağ-Maykop Lay Dəstəsinə qazılmış quyu dərinlik nasosu üsulu ilə məhsul verib, 1 400-735 metr intervaldan gündəlik 6 ton neft hasilatı ilə istismar fonduna qəbul olunub.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/seadan-yataginda-yeni-quyu-istismara-verilib788787

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR