Putin bu gün Qarabağ qərarını açıqlayacaq - Sarkisyanla Moskva görüşünün DETALLARI

Putin bu gün Qarabağ qərarını açıqlayacaq - Sarkisyanla Moskva görüşünün DETALLARI
12:03 14 Mart 2017
102 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Ermənistan prezidenti Serj Sarkisyan Moskvaya səfər edir.

Publika.az
xəbər verir ki, Sarkisyan səfəri öncəsi Rusiyanın “İzvestia” qəzetində məqalə dərc edib.

Ermənistan prezidenti məqaləsində Dağlıq Qarabağda müharibənin olmasını istəmədiklərini deyib.

“Biz sülh istəyirik”, - deyə o qeyd edib. Həmçinin, bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə Moskvada Gümrüdə birgə müdafiə sənayesi kompleksinin yaradılmasını haqqında fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, Rusiya Gümrüdəki 102-ci hərbi bazasının genişləndirməyi düşünür.

Erməni politoloq Serqey Minasyanın ötən həftə bildirmişdi ki, Serj Sarkisyanın Moskvaya edəcəyi səfər zamanı bu məsələ həll olunacaq.

“İstisna deyil ki, Rusiya 102-ci bazanı regional səviyyəyə yüksəltmək istəyir. Bunun üçün Ermənistan ərazisindəki hərbi bazaya əlavə texnika və canlı qüvvə gətirilə bilər”, - deyə o bildirib.

“Yeni Qarabağ planı”na qarşı Moskvadan GÖZLƏNİLMƏZ ADDIM - Putin regiona ORDU YERİDİR

Regiona ordu yeridilir



Sarkisyanın Moskva səfərindən bir gün öncə Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının poliqona çıxaraq, təlimlərə başlaması da diqqət çəkir. Bu təlimlər deməyə əsas verir ki, Gümrüdəki rus bazasının genişləndirilməsi haqda artıq qərar verilib. Sarkisyanın Rusiya mediasında məqalə dərc edərək, “Gümrüdə birgə müdafiə sənayesi kompleksinin yaradılması” məsələsini gündəmə gətirməsi isə ictimai rəyi hazırlamaq məqsədi daşıyır.

Sarkisyanın səfərində ən diqqət çəkən məqamlardan biri isə müdafiə naziri Viqen Sarkisyanı da özü ilə Moskvaya aparmasıdır. Hansı ki, V.Sarkisyan onun “varisi” hesab olunur. Görünür, Ermənistan prezidenti gələcək hökumətdə yer alacaq “varisi”ni Putinə təqdim etmək niyyətindədir.

Ermənistan mediası isə Moskvada Gümrüdəki rus bazasının genişləndiriləcəyi haqda razılaşmanın imzalanacağını yazıb.

Təbii ki, Putin-Sarkisyan görüşündə Dağlıq Qarabağ məsələsi də əsas müzakirə mövzusu olacaq.

“Lragir” saytı yazır ki, Qarabağ ətrafında vəziyyət ciddiləşir.

“Moskvada Putin Sarkisyanla “güzəşt”ləri (ərazilərin qaytarılması məsələsi – red.) müzakirə edəcək”, - deyə o bildirib.

Asif

Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/191286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR