​Bu üsullarla ağappaq dişləriniz olacaq

Sağlam və ağappaq dişlərə sahib olmaq hər kəsin arzusudur. Bunun üçün bir çox insan kimyəvi ağartma üsullarından istifadə edir.

Metbuat.az məlumat verir ki, ev şəraitində hazırlayacağınız bu təbii qarışımlarla ağappaq dişlərə sahib ola biləcəksiniz.

Sarıkök

1 çay qaşığı sarıköklə eyni miqdarda hindistan qozu yağını qarışdırın. 2-3 damcı nanə yağı əlavə edib məcun halına gətirin. Bu qarışımı diş məcunu kimi tətbiq edin. Diş minanıza qulluq edəcək, dişlərinizi ağardacaq və nəfəsinizi təravətləndirəcək.

Çiyələk

Bir ədəd təzə çiləyi qaşıqla əzin. Dəniz duzunu toz halına gətirib çiyələklə qarışdırın. Bir neçə dəqiqə masaj edərək dişlərinizə sürtün. Ağzınızı yaxşıca yuyun. Diş minasına zərər verməmək üçün 2 həftədə bir dəfə tətbiq edin.

Reyhan

Təzə reyhanın yarpaqlarını əzib püre halına gətirin. Diş məcunu yerinə bu püredən istifadə edin. Dişlərinizi fırçalamadan 5-10 dəqiqə öncə də tətbiq edə bilərsiniz. Dişləriniz daha sağlam və ağappaq olacaq.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR