Erməni fəalı: "Qarabağ münaqişəsi hələ uzun müddət həll olunmayacaq"

Erməni fəalı: "Qarabağ münaqişəsi hələ uzun müddət həll olunmayacaq"
12:12 14 Mart 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ "Xocalı faciəsi ticarət mövzusu deyil".
"Report" xəbər verir ki, bunu erməni fəalı Vahe Avetyan Bakıda keçirilən "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda beynəlxalq konfransda deyib.
O, Bakıya sürgündə olan, ölkə xaricində yaşayan beş erməni yazıçısının Xocalı soyqırımı ilə bağlı bəyanatlarının gətirdiyini açıqlayıb.
"Xalqımız və siyasətçilər hesab edir ki, tarix siyasəti müəyyənləşdirə bilər. Ancaq insanlara çatdırmaq, aşılamaq lazımdır ki, kimin tarixi necə bilməsindən asılı olmayaraq, beynəlxalq normalar və münasibətlər dəyişmir. Bu, Qarabağ məsələsinə də, Azərbaycanın ərazi bütövlüyü məsələsinə də aiddir", - fəal bildirib.
O, nifrətlə münaqişəni həll etmək və iki xalq arasında yaxınlaşmaya nail olmağın mümkün olmayacağını qeyd edib.
V.Avetyan Qarabağ münaqişəsinin hələ uzun müddət həll olunmayacağını əlavə edib: "Biz uzun müddət hələ bu münqaişə ilə yaşamalı olacağıq. Amma hamını ümidi itirməməyə və işi sona çatdırmağa çağırıram".

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/ermeni-feali-qarabag-munaqisesi-hele-uzun-muddet-hell-olunmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR