50 yaşında cavan qız kimi görünən milyarder xanımı sirlərini açdı - FOTOLAR

50 yaşında cavan qız kimi görünən milyarder xanımı sirlərini açdı - FOTOLAR
12:18 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

50 yaşlı aktrisa Salma Hayek təbii qocalmanın tərəfdarı olduğunu söyləyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa “Dujour” jurnalının üz qabığına çəkilib. Aktrisa müsahibəsində yaşı ilə birlikdə dəyişən gözəlliyi haqqında danışıb. O, gözəlliyini itirməkdən qorxduğunu, lakin hər hansı ineksiyalardan çəkindiyini etiraf edib:

“Əgər kimsə mənə daha yaxşı görünmək üçün kömək edə bilsə idi, bu yardımdan məmnuniyyətlə yararlanıb. Öz ərimi sevirəm və 70 yaşında da onun gözündə gözəl xanım kimi görünmək istəyirəm. İstərdim ki, o mənə baxanda "Mənim qadınım qocalıb, amma gözəlliyini itirməyib" , - deyə fikirləşdi.

lakin məşhur milyarder Anri Pino ilə evli olan aktrisa botoksa inanmadığını deyib. Salma Hayek yaşlı aktrisalara qarşı münasibətin dəyişməsindən sevindiyini də dilə gətirib. Onun sözlərinə görə, yaşlı aktrisaların əsas rollarda çəkilməsi sevindirici haldır:

“Bəzən yaşlaşdıqca daha yaxşı personajlar çıxır. Ana rolunda oynamağı sevirəm və nənə obrazı yaratmağa şad olaram. Ömrünün son günlərinədək seksual gözəlçəni oynamaq düşünürəm ki, darıxdırıcıdır. Özümü güllələyə bilərəm”.

Aytən











Xəbərin orijinal ünvanı: http://publika.az/news/qadin/191287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR