BİABIRÇILIQ: vəzifəli şəxs 15 manat rüşvət alarkən YAXALANDI - FOTO

BİABIRÇILIQ: vəzifəli şəxs 15 manat rüşvət alarkən YAXALANDI - FOTO
12:23 14 Mart 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

Ötən il rüşvətdə ittiham edilərək 8 illik həbs cəzasına məhkum edilən Rusiyanın Yekaterinburq şəhər qəbiristanlığının nəzarətçisinin işinə yenidən baxılacaq.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nəzarətçi Aleksey Filonov Rusiya Federasiyası cinayət məcəlləsinə əsasən “Rəsmi şəxsin böyük miqdarda rüşvət almasına görə” ittiham olunub.

Məlumata əsasən ittiham olunan şəxs 2014-cü ilin aprelindən 2015-ci ilin martına qədər şəhər qəbiristanlığında məzar yeri üçün 30 rubldan, 100 rubla qədər rüşvət alıb. Alınan rüşvətin ümumi məbləği 510 rubl (15 Azn) təşkil edir.

Rüşvət verən şəxslər cinayət məsuliyyətindən yaxa qurtara biliblər. Belə ki, həmin vətəndaşlar özləri Filonovun əməlləri ilə bağlı polisə məlumat veriblər. Polis nəzarətçini vətəndaşdan rüşvət alarkən cinayət üstündə yaxalayıb. İttiham olunan şəxsin rüşvət almasını etiraf etməkdən başqa çarəsi qalmayıb.

Halbuki, nəzarətçi həmişə ehtiyatla davranar, rüşvətin məbləğini dilə gətimədən, vərəqə yazıb verərdi. Göründüyü kimi, yüksək ehtiyatlılıq keçmiş nəzarətçiyə kömək etməyib və o cinayət başında yaxalnıb. Filonov 8 illik həbs cəzasına məhkum edilib. Hazırda Filonov cəzaçəkmə müəssisəndədir.

Qeyd edək ki, 1941-ci ildə salınmış Yekaterinburq şəhər qəbiristanlığında Rusiyanın ilk prezidenti Boris Yeltsinin atasının da məzarı yerləşir. Bundan başqa qəbiristanlıqda şəhərin kriminal avtoritetləri də uyuyur. Ona görə də yerli camaat arasında “bandit qəbiristanlığı” adı ilə tanınır.

Şəfiqə Şəfa


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/191289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR