Liderlər səhnəyə çıxır: "Qarabağ" evdə, "Qəbələ" səfərdə - YENİLƏNİR

Liderlər səhnəyə çıxır: "Qarabağ" evdə, "Qəbələ" səfərdə -   YENİLƏNİR
12:27 14 Mart 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Premyer Liqada XXII tura yekun vurulacaq. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə liderlər meydana çıxacaq.

 

“Qarabağ” çempionatın autsayderi AZAL-ı qəbul edəcək. Qurban Qurbanovun yetirmələri bir neçə saatlıq liderliyi ələ almaq imkanına malikdi. Bunun üçün qonaqları xalsız yola salmaq lazımdı. İki komanda arasındakı oyunlara nəzər salanda bunun o qədər də çətin olmayacağını düşünmək olar. Geridə qalan üç dövrədə rəqibinə şans verməyən (6:0, 1:0, 2:1) ağdamlılar çempionluq uğrunda gedən qızğın mübarizədə xal itirmək haqqında düşünmür. Tərlan Əhmədovun başçılıq etdiyi “təyyarəçilər” isə qələbəsizlik seriyasına son qoymaq ümidindədi.

 

Ağdam təmsilçisi liderliyi ələ keçirsə, “Qəbələ” mövqeyini qaytarmaq üçün mütləq qalib gəlməlidi. Roman Qriqorçukun yetirmələrini isə kifayət qədər çətin sınaq gözləyir. Mövsümün ilk yarısında iki dəfə darmadağına üzülən “Neftçi” 3-cü oyunda rəqibinə güclü müqavimət göstərməyi bacarıb. Elxan Abdullayev yetirmələri “Sumqayıt”ın məğlubiyyətindən yararlanaraq “kimyaçılar”a bir az da yaxınlaşmaq üçün doğma meydan amilindən də yararlanmağı düşünürlər. Cari mövsümdə "Qəbələ" "Neftçi"ni hər 3 oyunda məğlub edib - 8:0, 4:1, 1:0.


Qeyd edək ki, turun iki oyunu dünən keçrilib. "Kəpəz" "Zirə"ni, "İnter" "Sumqayıt"ı 1:0 hesabı ilə yenib.

 

Premyer Liqa

2016/17 mövsümü

IV dövrə, XXII tur


14 mart

17.00 Qarabağ - AZAL

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ramil Diniyev.

AFFA nümayəndəsi: Sakin Məmmədzadə.

Hakim-inspektor: Xaqani Məmmədov.

Suraxanı qəsəbə stadionu.


20.00 Neftçi - Qəbələ

Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Hakim-inspektor: Şaiq Həmidov.

8-ci km qəsəbə stadionu.


1. Qəbələ 21 13 7 1 41-11 46

2. Qarabağ 21 14 3 4 36-11 45

3. İnter 22 10 9 3 32-21 39

4. Zirə 22 8 5 9 20-23 29

5. Sumqayıt 22 6 7 9 20-29 25

6. Kəpəz 22 4 9 9 15-24 21

7. Neftçi 21 6 2 13 16-35 20

8. AZAL 21 1 6 14 9-35 9


Bombardirlər: Filip Ozobiç (Qəbələ) - 11. Baqali Dabo (Qəbələ), Rauf Əliyev (İnter) - 7.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-liderlr-shny-cxr-quotqarabaquot-evd-quotqblquot-sfrd-t56910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR