Xəzərdə tapılan cəsədi qardaşı tanıdı - NEFTÇİDİR

Xəzərdə tapılan cəsədi qardaşı tanıdı - NEFTÇİDİR
12:37 14 Mart 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Martın 13-də Xəzər dənizində tapılan kişi cəsədinin kimə məxsus olması müəyyənləşdirilib. Cəsəd 1971-ci il təvəllüdlü neftçi-maşinist Ramiz Abbasova məxsusdur.

Milli.Az xəbər verir ki, bu barədə sputnik-ə neftçinin qohumları məlumat veriblər. Hələlik DNT analizləri hazır olmasa da, ilkin olaraq neftçinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Onu qardaşı tanıyıb. Xatırladaq ki, ötən il dekabrın 15-də səhər saat 5-də güclü qasırğa nəticəsində "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın, uzunluğu təqribən 150 metr olan hissəsi dənizə düşüb.

Estakada ilə birgə onun üstündəki yaşayış budkası da dənizə gömülüb. Hadisə zamanı budkada 10 neftçi olub. Maşinist Güloğlan Zülfüqarov, operatorlar Azay Zülfüqarov, Samir Əsədov və Cavid Bəhramov hələ də itkin düşmüş sayılırlar. İndiyə qədər altı nəfərin cəsədi tapılıb: operator İlham Qafarov (faciədən dərhal sonra), Sahil qəsəbəsinin sakini, 1956-cı il təvəllüdlü Həsənağa Hacıəliyev (fevralın 1-də), 1957-ci il təvəllüdlü Qurbanov Vidadi Cümşüd oğlu (fevralın 17-də), 1974-cü il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğlu (fevralın 28-də), 1957-ci il təvəllüdlü mexanik Elçin Həsənov (martın 4-də), 1971-ci il təvəllüdlü maşinist Ramiz Abbasov.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/525986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR