11 yaşlı məktəblinin müəmmalı ölümü

11 yaşlı məktəblinin müəmmalı ölümü
12:47 14 Mart 2017
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağsu rayonunda məktəbli ağır xəsarət nəticəsində ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kəndoba kəndində qeydə alınıb. Kənd sakini, 2006-cı il təvəllüdlü Əliyev Əli Mehman oğlu başın əzilməsi, sol gicgah sümüyünün sınığı və beyinə qansızma diaqnozu ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Uşağın vəziyyəti ağır olduğu üçün ona ilkin tibbi yardım göstərilib və o, təcili olaraq müalicə üçün Bakı şəhərinə göndərilib. Kəndoba kənd orta məktəbinin 5-ci sinif şagirdi olan Əli Əliyev Bakıda xəstəxanada dünyasını dəyişib. Onun hansı səbəbdən travma aldığı məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, uşaq məktəbdə oynayarkən yıxılıb və xəsarət alıb.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/525991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR