Prezident qızı neçə dəfə estetik əməliyyat etdirib – FOTOLAR

Prezident qızı neçə dəfə estetik əməliyyat etdirib – FOTOLAR
12:48 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bir çox cərrahlar belə hesab edir ki, ABŞ prezidentinin qızı İvanka Trampın gözəlliyi təbiətin ona bəxş etdiyi hədiyyə deyil.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, plastik cərrahların fikrincə, İvanka bir sıra estetik əməliyyatlar etdirib. Almaniyanın məşhur klinikalarının birində işləyən plastik cərrah Rob Vassenderin sözlərinə görə, İvanka Tramp üzü əvvəlki ilə müqayisədə çox incə görünür. Məsələ təkcə yaşda və makiyajda deyil.

Prezident qızı hansı əməliyyatları etdirib?

İvanka həddindən artıq iri olan yanaqlarını, daha dəqiq desək, almacıq sümüklərinin yağlı səthini uzaqlaşdırıb. Almacıq sümüklərinə filler qoyulub. Bu gün istənilən kosmetoloq kabinetində almacıq sümüklərinə korreksiyanı etmək olar. Bundan başqa, qız çənəsindən kontur plastika əməliyyatı keçirib.

Habelə İvanka rinoplastikanı etdirib, burnunun ucunü azca kəsdirib və əlbəttə ki, sinəsini böyütdürüb. Həkimin fikrincə, belə nəticə çıxarmaq üçün mütəxəssis olmaq vacib deyil.

Prezident qızı üst dodağını da azca böyüdüb. Onun botoks etdirdiyi də heç kimə sirr deyil. Çünki 35 yaşlı İvanka gülən zaman göz ətrafında, həmçinin alında heç bir mimik qırışlar görmək mümkün deyil.

İrəli sürülən iddialara görə, İvanka Tramp bütün plastik dəyişikliklər ABŞ-ın ən yaxşı klinikalarında ən bahalı mütəxəssislər tərəfindən həyata keçirilib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gozellik/191294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR