"Rusiya imkan verməyəcək ki, Ermənistan..."

Bu gün Ermənistan przidentinin Moskvaya səfəri başlayır.

Səfər zamanı Sarkisyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri və Dağlıq Qarabağ münaqişəsi zonasında son vəziyyət müzakirə olunacaq.

Serj Sarkisyanın Fransa səfərindən sonra Rusiyaya yollanması hansı qaranlıq məsələləri masaya yatıracaq?

Mözu ilə bağlı Metbuat.az-a açıqlama verən siyasi ekspert Arzu Nağıyev bildirib ki, Serj Sarkisyanın Avropaya səfəri assosiativ razılaşmanın detallarını bir daha müzakirə etmək idi:

“Məlumdur ki, tərafdaşlıq çərçivəsində 6 dövlət Avropa ilə müqavilə imzalamalıdır. Onlardan biri də Ermənistandır. Ermənistan müqavilənin imzalanmasında insan haqqlarını ortaya qoymaqla, Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən detalları xırdalamaq istəyirdi. Eyni zamanda, Avropa ilə hər hansı tərəfdaşlıq müqaviləsinin imzalanması birbaşa Rusiyanın əleyhinə getməkdir. Düşünürəm ki, Rusiya heç vaxt icazə verməz ki, onlar istədikləri müqaviləni imzalasınlar. Avropa çalışır ki, Ermənistanla hər hansı bir müqaviləni imzalasın. Bu, Rusiyaya qarşı yönəlmiş addım ola bilər. Rusiya bunu gözəl başa düşür. Dağlıq Qarabağ münaqişəsinin həllində açar rolunu onadığı üçün, bu proseslərə öz mövqeyindən yanaşır. Bu məsələlərin müzakirəsi Fransada olub. Düşünrəm ki, Rusiyada da davam edəcək”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR