Çempionlar Liqasında daha iki xoşbəxt müəyyənləşir

Çempionlar Liqasında daha iki xoşbəxt müəyyənləşir
12:57 14 Mart 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında 1/8 finalın daha iki görüşündə cavab matçları oynanılacaq. Fanat.Az xəbər verir ki, qarşılaşmalar İtaliya və İngiltərədə baş tutacaq.

 

İlk görüşdə səfərdə “Portu”nu məğlub etmiş “Yuventus” növbəti mərhələnin qapısını aralayıb. Turin təmsilçisi cavab matçında minimal hesabla, yəni 1 top fərqilə uduzsa belə, ÇL-də mübarizəni davam etdirəcək. “Yuventus” ötən həftə A seriyasında “Milan”a qalib gələrək, iddiasını növbəti dəfə ortaya qoyub. “Portu” da keçən həftə çempionatda qələbə qazanıb. “Aruka”nın qonağı olan “əjdahalar” 4:0 hesablı qalibiyyətə seviniblər. “Portu” “Yuventus”a məğlubiyyətdən sonra keçirdiyi hər 3 görüşdə rəqiblərini üstələyib. 3 oyunda 12 qol vuran komanda qapısından isə top buraxmayıb. Bununla belə, portuqaliyalıların Turində “Yuventus”dan revanş alacaqları inandırıcı görünmür. “Qoca sinyora” həm iddiasına, həm də heyətinə görə rəqibini üstələyir.

 

Bu oyunla müqayisədə günün digər qarşılaşması daha gərgin mübarizə vəd edir. İngiltərə çempionu “Lester” İspaniyada məğlub olduğu “Sevilya”nı büdrətməyə çalışacaq. Klaudio Ranyerinin istefaya göndərilməsindən sonra keçirdiyi hər 2 oyunda qələbə qazanan “tülkülər” psixoloji baxımdan özlərinə gəliblər. Baş məşqçi postuna keçən Kreyq Şekspir uğurlu oyunlar seriyasını bu matçda da davam etdirmək arzusundadı. “Lester”ə növbəti mərhələyə adlamaq üçün 1 cavabsız qol da bəs edəcək. Üstəlik, “Sevilya” son oyunlarda özünə bənzəmir. Xorxe Sampaolinin yetirmələri La Liqada “Alaves”in ardınca “Leqanes”lə də heç-heçə ediblər.


Qeyd edək ki, bundan əvvəl İspaniyanın "Real" və "Barselona", Almaniyanın isə "Borussiya" (Dortmund) və "Bavariya" klubları 1/4 finala vəsiqə qazanıb. Son iki yarımfinal oyunu sabah keçriləcək. "Mançester Siti" (İngiltərə) ilk oyunda 5:3 hesabı ilə yendiyi "Monako"nu (Fransa), "Atletiko" (İspaniya) 4:2 hesabı ilə qalib gəldiyi "Bayer"i (Almaniya) qəbul edəcək.


Çempionlar Liqası

1/8 final 

Cavab oyunları


14 mart

23.45 Yuventus (İtaliya) - Portu (Portuqaliya)

Hakimlər: Ovidiu Hateqan, Oktavian Şovre, Sebastian Corc, Radu Ginquleac (Rumıniya).

Əlavə köməkçi hakimlər: Radu Petresku, Sebastian Koltesku (Rumıniya).

Turin. "Yuventus Arena".

İlk oyun - 2:0.

 

23.45 Lester (İngiltərə) - Sevilya (İspaniya)

Hakimlər: Daniele Orsato, Rikkardo Di Fiore, Lorenzo Manqanelli, Alessandro Giallatini (İtaliya).

Əlavə köməkçi hakimlər: Luka Banti, Antonio Damato (İtaliya).

Lester. "King Power" stadionu.

İlk oyun - 1:2.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cempionlar-liqasnda-daha-iki-xobxt-muyynlir-t56911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR