Çempionlar Liqasının qalibi olmuş futbolçu İndoneziya klubuna keçib

Çempionlar Liqasının qalibi olmuş futbolçu İndoneziya klubuna keçib
13:07 14 Mart 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ İngiltərənin "Çelsi" və İspaniyanın "Real Madrid" klubunun sabiq futbolçusu İndoneziyanın "Persib" komandasına keçib. 
"Report"un Asiya təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 32 yaşlı yarımmüdafiəçi azad agent kimi müqavilə bağlayıb. Qanalı oyunçunun sonuncu iş yeri ötən mövsümün sonunda tərk etdiyi Yunanıstan "Panatinaikos"u olub. Lakin o, 2015-2016 mövsümündə Avropa Liqasının "pley-off" mərhələsində (2:2, 0:0) zədə üzündən "Qəbələ"yə qarşı oynamayıb.
Qeyd edək ki, Mikael Essyen "Lion"un heyətində 2 dəfə Fransa, "Çelsi"də 2 dəfə İngiltərə çempionu olub, 2012-ci ildə Çempionlar Liqasını qazanıb. "Persib"Qərbi Yava adasındakı Bandunq şəhərini təmsl edir. Klub sonuncu Prezident Kubokunda 3-cü yeri tutub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cempionlar-liqasinin-qalibi-olan-futbolcu-i-ndoneziya-klubuna-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR