"Almeyda milliləşdisə, vəssalam..."

"Almeyda milliləşdisə, vəssalam..."
13:22 14 Mart 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

Sərcan Kaya pis futbolçu deyil. O, ötən il daha yaxşı çıxış edirdi.

Bunu apasport.az-a türkiyəli mütəxəssis Güvənc Kurtar deyib.

"Rəvan"ın sabiq baş məşqçisi "Adana Dəmirspor"un yarımmüdafiəçisi Sərcan Kayanın Azərbaycan millisində oynama perspektivini dəyərləndirib. Adana klubunda da çalışmış Kurtar yığmamıza başqa oyunçular təklif etməyə hazır olduğunu da bildirib: "Sərcan sizin futbolçu Araz Abdullayevin mövqeyində (sağ cinahda) oynayır. O, ötən il "Çaykur Rizəspor"un kapitanı idi. Türkiyədə Azərbaycan millisinə kömək edə biləcək başqa güclü futbolçular da var. Siyahılarındakı oyunçular barədə soruşsalar, onların layiq olub-olmadıqlarını deyərəm".

67 yaşlı mütəxəssis söhbət əsnasında "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeydanı da yada salıb. "Almeyda milliləşdi" sualına "bəli" cavabını alan Kurtar "sambaçı"nın millimizə böyük köməyinin dəyəcəyini vurğulayıb: "Almeyda milliləşdisə, vəssalam, probleminiz qalmadı. O, çox güclü futbolçudu. Əminəm ki, tezliklə yığmanızın da liderlərindən birinə çevriləcək".
 
Qeyd edək ki, Güvənc Kurtar 2014-cü ildə "Rəvan"ı çalışdırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/525987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR