Rusiyalı politoloq: "ATƏT-in Minsk qrupu münaqişə vasitəsilə regionu idarəetmə vasitəsidir"

Rusiyalı politoloq: "ATƏT-in Minsk qrupu münaqişə vasitəsilə regionu idarəetmə vasitəsidir"
13:22 14 Mart 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ "ATƏT-in Minsk qrupu münaqişə vasitəsilə regionu idarəetmə vasitəsidir".
"Report" xəbər verir ki, bunu Rusiya prezidenti yanında vətəndaş cəmiyyəti və insan hüquqlarının inkişafı Şurasının üzvü, politoloq Maksim Şevçenko Bakıda keçirilən "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda beynəlxalq konfransda deyib.
"Aydın görünür ki, ATƏT-in Minsk qrupunun üzvlərinin daxili maraqları təklif etdikləri layihələrlə üst-üstə düşmür. Qarabağ münaqişəsinə yalnız region daxilindən baxmaq lazım deyil, məsələyə geniş yanaşmaq lazımdır", - deyə M.Şevçenko bildirib.
Politoloqun sözlərinə görə, əslində ATƏT-in Minsk qrupunun həmsədrlərinin səyləri sayəsində Dağlıq Qarabağ münaqişəsi Qərblə Şərqin kəsişməsində, eləcə də ticarət yollarının kəsişmə nöqtəsində yerləşən dünyanın ən əhəmiyyətli regionlarından birində idarəolunan münaqişəyə çevrilib.
Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin üçüncü ölkəni - Gürcüstan, İran, Türkiyə və Rusiyanı özünə cəlb etməsi qaçılmazdır.
"Bu gün ATƏT-in Minsk qrupu münaqişəni həll etmək üçün yox, fəlakətin qarşısını almaq üçün vasitədir. Və o, bu işin öhdəsindən əla gəlir", - politoloq qeyd edib.
O, Dağlıq Qarabağ münaqişəsinin Moskva, Ankara və Tehranın iştirakı ilə həllinin zəruriliyinə işarə vurub.
"Regiondakı bu oyunçuların maraqlarının inventarlaşmasını həyata keçirmək lazımdır. Türkiyə, Rusiya və İran üçlü ittifaqı münaqişənin mümkün həlli üçün ən gözəl əsasdır", - o əlavə edib.
M.Şevçenko müharibə qarşıdurmasından sülh danışıqlarına keçidinin zəruri olduğunu söyləyib.
"İllüziya qurmaq lazım deyil, Qərb Qafqazda sülhün olmasında maraqlı deyil", - o əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/rusiyali-politoloq-atet-in-minsk-qrupu-munaqise-vasitesile-regionu-idareetme-vasitesidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR