Yığmamız Gürcüstanda 40 top fərqi ilə uduzdu

Yığmamız Gürcüstanda 40 top fərqi ilə uduzdu
13:27 14 Mart 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

Basketbol üzrə Azərbaycan millisi (U-16) Gürcüstan birinciliyində çıxışını davam etdirir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qonşu ölkə çempionatının III dövrəsində də "Bakı" adı altında oynayan oğlanlardan ibarət komandamız artıq 3 matça çıxıb.

Samit Nuruzadənin rəhbərlik etdiyi yığma ilk görüşünü "Akademiya"ya qarşı keçirib. Təmsilçimiz 40 top fərqi ilə uduzub - 59:99.
 
"Bakı" ardınca "Dinamo" və "Martvi" ilə üz-üzə gəlib. Basketbolçularımız rəqiblərini müvafiq olaraq 78:41 və 60:48 hesabı ilə məğlub edib.
 
Komandamız növbəti matçlarda "Zaza1", "Zaza" və "Suxumi"ni sınağa çəkəcək.
 
Yığmamız U-18-lər arasında keçirdiyi 14 matçdan cəmi 5-də qələbə qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/525994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR