Beynəlxalq təşkilatlara çağırış: "Alban Avtokefal Kilsəsinin irsini və türk-xristianlarını xilas edin"

Beynəlxalq təşkilatlara çağırış: "Alban Avtokefal Kilsəsinin irsini və türk-xristianlarını xilas edin"
13:42 14 Mart 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Eduard Vartanov (Rusiya), Artur Ağacanov (Ukrayna) və "Alban Avtokefal Kilsəsinin və türk-xristianlarının irsinin bərpası üzrə hərəkat"ın bir qrup fəalı "Аvaaz.org" beynəlxalq ictimai müraciətlər saytında "Beynəlxalq təşkilatlara çağırış: Alban Avtokefal Kilsəsinin irsini və türk-xristianlarını xilas edin" adlı müraciət yayıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakıda "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda bildirilib.

Dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara ünvanlanmış həmin müraciətdə deyilir:

"Əsrlər boyu Don, Krım, Ukrayna və Şərqi Avropada qıpçaq-xristianların (erməni-qıpçaqların) çoxsaylı cəmiyyətləri yaşayıb. Onların öz yaşayış regionlarında mühüm ticari və mədəni-tarixi rolu hamıya məlumdur, lakin onların xaç suyuna salınmasından (xristianlığı qəbul etməsindən) başlayaraq bütün əsrlər boyu Qafqaz Albaniyasının kilsəsinə ruhən bağlılığı indiki zamanda tamam unudulub. Çünki 19-cu əsrdə cərəyan edən hadisələr zamanı Eçmiədzindəki erməni kilsəsi Rusiya imperator sarayına yaxın olan erməni ictimai xadimlərini aldatmaq yolu ilə onların Eçmiədzinə tabe edilməsi üçün hər şey edərək, onların Qafqaz Albaniyasının kilsəsi ilə ruhi əlaqələrini qırdılar. Donda sovet hakimiyyətinin qurulmasının ilk illəri zamanı Anastas Mikoyanın simasında stalinçi rejim Dondakı intellektual elitanı - "alban xaç suyuna salınmasını" yaddaşda saxlayan türk-qıpçaq ata-babalarını total surətdə məhv etdilər.

Lakin Don ermənilərinin müqaviməti tam qırılmayıb. Biz dil sahəsinə həmlələri müqavimətlə qarşılamağa davam edirik və həm bizim türk köklərimizi, eləcə də Alban Avtokefal Kilsəsi ilə ruhi əlaqələrə dair elmi tədqiqatların aparılmasında maraqlıyıq. Demək olar ki, təxminən doqquz əsr bundan qabaq bizim ata-babalarımız - bütpərəstlər Ani və Şirakda məskən salıblar (indiki Ermənistan ərazisində) və burada Alban Avtokefal Kilsəsi onları xristian mədəniyyətinin tərkibinə qəbul etdi. Həmin illərdə hələ Cənubi Qafqazda heç bir "Eçmiədzin" yox idi. Erməni-qıpçaqlar öz dinlərini, dil və mədəniyyətini özləri ilə birgə Dona da gətirdilər.

Eyni halda məcburi erməniləşdirmə prosesi qarabağlı xristianların, o cümlədən bir zamanlar mövcud olan Alban Avtokefal Kilsəsinin üzvləri olan türk-qıpçaqlarının başına gətirildi. Qarabağ albanlarının nəslindən əmələ gəlmiş bir qrup qarabağlı türk-xristianların adından beynəlxalq ictimaiyyətə müraciət edərək albanlarin mənəvi, mədəni, tarixi və memarlıq mirasının qalıqlarının erməniləşmədən xilas etmələrini istəyirik. Bizi axırıncı iki əsr müddətində məcburi olaraq Eçmiədzindəki erməni kilsəsinə tabe edərək, etnik dərketmədən məhrum etdilər, kilsələrimizi əlimizdən aldılar və etnik "erməni" kimi qeydiyyata aldılar. Ancaq əsrlər boyu Qarabağ xristianları 19-cu əsrin əvvəllərində ləğv edilmiş və bütün irsinin Eçmiədzindəki erməni kilsəsinə verilmiş Alban Avtokefal Kilsəsinə tabe idilər. Rusiyanın elmi ictimaiyyətini və eyni zamanda BMT, YUNESKO-nu və digər beynəlxalq strukturları Ani-Krım-Don ermənilərinin və həm də indiyədək Alban Kilsəsinin müqəddəs ziyarətgahına sədaqətini saxlayan Qarabağ ermənilərinin mədəni və mənəvi irsinin qorunmasını müdafiə etsinlər. Alban Kilsəsinin, onun məbədlərinin və mənəvi irsinin yenidən dirçəlməsi ideyasına öz əməlləri ilə dəstək verən hər bir kəsə öz təşəkkürlərimizi bildiririk".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/526017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR