AİF-in istiqrazlarının yerləşdirilməsi başa çatıb

AİF-in istiqrazlarının yerləşdirilməsi başa çatıb
13:47 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) ümumi həcmi 50 mln. manat olan adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi başa çatıb.
Bu barədə “Report” Fonda istinadən xəbər verir.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının dövlət qeydiyyatına aldığı emissiya prospektinə görə, AİF dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 50 min ədəd istiqraz buraxıb. Qiymətli kağızların tədavül müddəti 3 600 gün, illik gəlirliliyi 3%-dir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ai-f-in-istiqrazlarinin-yerlesdirilmesi-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR