Ağızdan gələn pis qoxuların İNANILMAZ SƏBƏBLƏRİ - FOTOLAR

Ağızdan gələn pis qoxuların İNANILMAZ SƏBƏBLƏRİ - FOTOLAR
13:48 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Ağızdakı qoxuların səbəbi təkcə, diş və diş əti xəstəlikləri deyil.

Publika.az -ın sağlamlıq bölməsi xəbər verir ki, badamcıq vəzilərində gizlənən ağ rəngli, bərk və xırda daşlar ağızda pis qoxu yarada bilər, hətta yemək zamanı ağrı verə bilər. Təəssüf ki, bu hal tamamilə zərərsiz deyil.

Bu daşlar niyə yaranır?

Anginadan tez-tez əziyyət çəkən adamların badamcıq vəzilərində çatlaqlar çox inkişaf edir. Ərzaq məhsulları, ölü hüceyrələr və bakteriyalar bu yaraları yoluxdura bilər. Kalsium əlavələrinin də yığını bərkiyir və badam vəzilərində xırda daşların əmələ gəlməsinə gətirib çıxarır. Araşdırmaya əsasən, 10 nəfərdən biri badamcıq vəzilərində bu daşlardan əziyyət çəkir.

Bu daşlar xüsusilə də ağızda xoşagəlməz iy, qulaq ağrısı və infeksiyalar yarada bilər.

Onları təmizləmək mümkündürmü?

Dəri səthinə yaxın olan badamcıq daşlarını asanlıqla görmək mümkündür, onlar ağ ləkələr şəklində meydana çıxır. Xoşagəlməz qoxu və ağrı verən bu daşları aradan qaldırmağın iki üsulu var.

Birincisi, müstəqil şəkildə özünüzün tətbiq etdiyiniz üsuldur. Diş fırçasının alt hissəsi və ya pambıq tamponunun köməyi ilə badamcıq vəzilərini təmizləyə bilərsiniz. Bu zaman onlar öz-özlüyündə dərhal düşür. Onlar bəzən qarqara ilə yuyulmuş ola bilər. Əgər təsadüfən ağzınızdan belə daşlar çıxıbsa, vahiməyə düşmək lazım deyil.

Əgər güman edirsiniz ki, sizdə də badamcıq daşları var və onlardan müstəqil şəkildə xilas ola bilmirsinizsə, onda ən yaxşısı həkimə və ya stomatoloqa müraciət edin. Bu mütəxəssislər daşları asanlıqla təmizləyəcək və gələcəkdə onların meydana gəlməsinin qarşısını almaq üçün sizə səmərəli məsləhətlər verəcək.

Dolayısı ilə yadda saxlayın ki, ağızdan pis qoxu gəlirsə, bunun səbəblərindən biri badamcıq daşları ola bilər. Odur ki, angina keçirdikdən sonra özünüzdə bu daşların mövcudluğu yoxlayın. Çünki bəzən onlar uzun illər ərzində toplanıb qala və ya yalnız gizlənə bilər.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/191304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR