Hitlerin heç yerdə yayımlanmayan fotoları SATIŞA ÇIXARILDI

Hitlerin heç yerdə yayımlanmayan fotoları SATIŞA ÇIXARILDI
13:53 14 Mart 2017
124 Digər
Ölkə mətbuatı
A- A+

Adolf Hitler və Sosialist Alman Fəhlə Partiyasına məxsus şəkillərdən ibarət albom hərraca çıxarılıb.

Publika.az xəbər verir ki, albom 1945-ci ildə sovet əsgərləri tərəfindən Adolf Hitlerin sığındığı bunkerdən tapılıb. Böyük Britaniyalı fotoqraf Edvard Deandə olan albom naməlum şəxslərin əlinə keçib.

Müşavirin sözlərinə görə, təxmini dəyəri 18 min dollar təşkil edən şəkillər hələ heç yerdə yayımlanmayıb.

Albomda Hitlerin Joseph Goebbels, Hermann Goering və Heinrich Himmler ilə şəkilləri yer alıb.

Hərrac mart ayının 15-də Kent şəhərində baş tutacaq.

Albomla yanaşı, bu silsilədən olan kitablar, sənədlər və başqa şəkillər də hərraca çıxarılacaq.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/191305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR