İmtahan nəticələri açıqlandı

İmtahan nəticələri açıqlandı
13:58 14 Mart 2017
1459 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi martın 12-də respublikanın ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.

DİM-dən Publika.az-a verilən məlumata görə, nəticələr bu gün saat 13:00-dan etibarən DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8‑dən, xarici dil və ya kimya fənnindən 7-dan az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:

Təhsilin səviyyəsi

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana dili
(Azərbaycan bölməsi)

Ana dili
(rus bölməsi)

Riyaziyyat

Xarici dil/Kimya

Tam orta

2

0-7

0-7

0-7

0-6

3

8-17

8-17

8-16

7-16

4

18-25

18-25

17-24

17-24

5

26-30

26-30

25-30

25-30


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/191309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR