Dollar satmaq üçün böyük növbələr başlayıb

Banklarda bir neçə gündür ajiotaj yaşanır. Buna səbəb, dollarını milli valyutaya çevirmək istəyən vətəndaşların manat problemi yaşamasıdır. Dollarını satmaq üçün insanlar böyük növbələr gözləməyə başlayıblar.

İqtisadçı Vüqar Bayramov Metbuat.az-a açıqlamasında bildirir ki, manatın möhkəmlənməsi nəticə etibarilə dollara olan tələbin azalmasına gətirib çıxardı:

“Mərkəzi Bank manat bazasının azaldılmasını həyata keçirir. Nəticədə, manat azlığı yaranır. Dollar fevralın 3-dən sonra dəyər itirdiyinə görə, vətəndaşların bir qismi öz pullarını yenidən milli valyutaya dəyişməyə başladılar. Bu baxımdan, banklarda müəyyən manat qıtlığı var. Bu səbəblə, dolların milli valyutaya dəyişdirilməsində problemlər yaşanır. Bu da son ay yarımda dolların məzənnəsinin aşağı düşməsi ilə bağlıdır. Dollar əvvəlki günlərlə müqayisədə dəyər itirdiyi üçün vətəndaşların bir qismə əllərindəki dolları milli valyutaya çevirməyə üstünlük verirlər”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR