Rusiyada post-sovet ölkələri üçün ciddi təhlükə
yaradacaq “Həmyerlilər” proqramı işə salınır.
Publika.az xəbər verir ki, Rusiya keçmiş SSRİ-də
doğulanlar üçün rus pasportları paylamaq niyyətindədir.
“Komsomolskaya Pravda” yazır ki, keçmiş SSRİ-də doğulanlardan arzu
edənlər arzu edən hər kəs Rusiya vətəndaşlığını ala biləcək.
Dövlət Dumasının millətlərlə iş üzrə komitəsi post-sovet məkanında
rus dili daşıyıcılarının Rusiya vətəndaşlığı almasını sadələşdirən
qanun layihəsini bəyənib. “Rusiya Federasiyası vətəndaşlığı
haqqında” və “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi
vəziyyəti haqqında” qanunlara düzəliş edilməsi gözlənilir.
Məlumata görə, bu qanun layihəsi Putinin tapşırığına uyğun
hazırlanıb. Duma üzvləri keçmiş Rusiya imperiyası və ya SSRİ
ərazisində doğulmuş şəxslərə vətəndaşlığın verilməsini “rus dili
daşıyıcıları” kateqoriyası altında aparmağı təklif ediblər.
Həmçinin, “Rusiyada doğulmuş qohumlara malik olanlar” da
vətəndaşlığı asanlıqla ala biləcəklər.
Bu o deməkdir ki, Rusiya vətəndaşlığı təkcə SSRİ-də doğulmuşlara
yox, onların nəsillərinə də veriləcək.
Moskvanın bu proqramının ilkin hədəfi əhalinin azlıq təşkil etdiyi
Rusiya əyalətlərində yerləşdirməni artırmaq hesab oluna bilər.
Lakin əsas hədəfin SSRİ-ni bərpa etmək olduğu hesab olunur. Təbii
ki, köhnə quruluş qayıtmayacaq, sadəcə olaraq, Kremlin SSRİ-nin
“varisi” kimi post-sovet məkanını ovcunun içində saxlamaq
niyyətləri hiss edilir.
Ən təhlükəli məqam isə post-sovet ölkələrinə müdaxilə zəmanəti
yaratmaqdır. Çünki indiyə qədər Cənubi Osetiya və Abxaziyanı,
Dnestryanı və Krım ərazisini məhz “rus dilli əhaliyə təhlükə”
bəhanəsi altında müdaxilə edib. Yeni qanun layihəsi qəbul edilərsə,
müdaxilə məsələsinin önü tam olaraq açılacaq.
Asif