Bu gecə Şamaxı yolu bağlanacaq

Bu gecə Şamaxı yolu bağlanacaq
14:03 14 Mart 2017
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Mart ayının 14 və 15-də gecə saat 00:00-dan səhər saat 5:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12,8 km-də Sulutəpə qəsəbəsində yolun bir hərəkət zolağında (hər iki istiqamət üzrə) nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

“Azəravtoyol”ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması ərazisində tikilən yerüstü piyada keçidlərində aşırım qurğusunun montajı ilə əlaqədardır.

“Mart ayının 16 və 17-də isə, gecə saat 24:00-dan sahər saat 5:00-dək yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərkəti üçün tamamilə bağlanacaq.

Alternativ yol olaraq, nəqliyyat vasitələri Hacı Zeynalabdin Tağıyev – Sahil avtomobil yolundan istifadə etməklə Bakı - Şamaxı yoluna və əksinə çıxmaqla hərəkəti davam etdirə bilərlər. “Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir”-deyə, məlumatda qeyd edilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/191310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR