İrlandiyada helikopter qəzaya uğrayıb, 1 nəfər ağır yaralanıb, 3-ü itkin düşüb

İrlandiyada helikopter qəzaya uğrayıb, 1 nəfər ağır yaralanıb, 3-ü itkin düşüb
14:07 14 Mart 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ İrlandiyanın Sahil Mühafizə Xidmətinə məxsus helikopter ölkənin qərb sahillərində qəzaya uğrayıb.
“Report” BBC-yə istinadən xəbər verir ki, bunu İrlandiyanın nəqliyyat, turizm və idman naziri Şeyn Ross bildirib.
Məlumata görə, helikopterin göyərtəsində 4 nəfər olub. Onlardan biri xilas edilsə də, vəziyyəti ağırdır.
Nazir bildirib ki, itkin düşənlərin axtarışı davam etdirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-rlandiyada-helikopter-qezaya-ugrayib-1-nefer-agir-yaralanib-3-u-itkin-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR