Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq
14:12 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ Bakı-Şamaxı avtomobil yolunun 12,8 km-də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən "Report"a bildirilib ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən hissəsində Sulutəpə qəsəbəsi ərazisində tikilən yerüstü piyada keçidlərində aşırım qurğusunun montajı ilə əlaqədar olaraq mart ayının 14 və 15-də saat 00:00-dan 05:00-dək yolun bir hərəkət zolağında (hər iki istiqamət üzrə) nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Mart ayının 16 və 17-də isə saat 00:00-dan saat 05:00-dək yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərkəti üçün tamamilə bağlanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-samaxi-yolunda-hereket-mehdudlasdirilacaq1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR