Gənc Tamaşaçılar Teatrının fəaliyyəti beynəlxalq mətbuatda - FOTO

Gənc Tamaşaçılar Teatrının fəaliyyəti beynəlxalq mətbuatda - FOTO
14:12 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 2011-ci ildən üzv olduğu Beynəlxalq ASSİTEJ dünyanın 105-dən artıq ölkəsinin teatrlarının fəaliyyətini öz aylıq bülletenində yayımlayır. Teatrımız və onun digər ölkə teatrları ilə qarşılıqlı yaradıcılıq münasibətləri də adıçəkilən bülletendə hər ay öz əksini tapır.

Milli.Az bildirir ki, bu günlərdə mart ayı üçün dərc olunmuş aylıq elektron bülletendə Dövlət Gənc Tamaşaçılar Teatrının fəaliyyəti işıqlandırılıb. Məlumatda Dövlət Gənc Tamaşaçılar Teatrının iki əlamətdar bayram ərəfəsində xüsusi repertuarla çıxış edəcəyi qeyd olunub. "Uşağı teatra apar" devizi ilə baş tutacaq tamaşalar paradı 20 mart Azərbaycanın milli bayramı olan Novruz və Dünya Uşaq və Gənclər Teatrı Günü münasibətilə nümayiş etdiriləcək.

Bayramlar münasibətilə mart ayının 18-dən - 25-dək Dövlət Gənc Tamaşaçılar Teatrı cari repertuarında olan "Tıq-tıq xanım", "Qoğalın nağılı", "Uzuncorab Pippi", "Çirkin ördək balası", "Aycan", "Buratinonun macəraları" tamaşaları göstəriləcək.

Məlumat üçün bildirək ki, Dünya Uşaq və Gənclər Teatr günü 15 il öncə Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) tərəfindən təsis edilib. "Uşağı teatra apar" devizi ilə həyata keçirilən bu teatr bayramı dünyanın hər bir yerində yaşayan bütün azyaşlı uşaqlar və gənclərin teatra cəlb olunmasına xidmət edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində











Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/526014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR