Hollandiya baş nazirindən Yıldırıma TƏKLİF: “Gəl, bir boşqab...”

Hollandiya baş nazirindən Yıldırıma TƏKLİF: “Gəl, bir boşqab...”
14:13 14 Mart 2017
122 Dünya
Ölkə mətbuatı
A- A+

Hollandiya baş naziri Mark Rutte Türkiyə Baş naziri Binəli Yıldırıma zəng edib.

Publika.az
xəbər verir ki, bu iddia ilə Hollandiyanın “AD” qəzeti çıxış edib.

Qəzetin iddiasına görə, Hollandiyada türklərə hücumlar başlayan gün Rutte Yıldırıma zəng edib.

“Diplomatik böhranın daha da pisləşməməsi üçün oturub bir boşqab yemək yeyək”, - deyə Rutte Yıldırıma təklif edib.

Hollandiya baş naziri iki ölkə arasındakı problemlərin yemək masasında müzakirə etməyin məntiqli olacağını, gərginliyin yumşalması ilə nəticələnəcəyini qeyd edib. Binəli Yıldırım isə bu təkliflə müsbət cavab verib.

Ruttenin “AD”-yə müsahibəsində deyib ki, “Yıldırımla yemək yeyəcəklərinə ümid edir. Bunun üçün uyğun zamanı seçəcəyik”.

Mark Ruttenin müsahibəsinin tam mətni bu gün yayımlanacaq.

Almaniya mediası isə türk nazirlərə referendumla bağlı Hollandiyada kampaniya aparmağa icazə veriləcəyinə dair məlumatlar yayıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR