Xalq artisti: "Onun toyunu görmək ən böyük arzumdur" - FOTO

Xalq artisti: "Onun toyunu görmək ən böyük arzumdur" - FOTO
14:17 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Xalq artisti, məşhur kamança ifaçısı Şəfiqə Eyvazova 70 illik yubileyini qeyd edib. Bu haqda Milli.Az-a danışan məşhur kamança ustadı xoş gününü ailəsi ilə birlikdə keçirdiyini söyləyib:

"70 illik yubileyimi ailəmlə, sevdiklərimlə və sənət dostlarımla birlikdə keçirdim. Bu sənətdə qazandığım uğurları mən hamıya arzu edirəm. Nə yaxşı ki, bu sənətdə mən öz davamçılarımı yetişdirdim. Siz bilirsiz ki, qızım Mehri Əsədullayeva həm müğənni, həm də ifaçılıq sənəti ilə məşğuldur. Mən öz kamançamı da qızım Mehriyə vəsiyyət etmişəm. O, mənim bu sənətdə davamçımdır. İndi ən böyük arzum onun toyunu görməkdir. Ana üçün övladının xoşbəxtliyindən böyük nə ola bilər ki?"

Əli Rəhimoğlu
Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/526027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR