Bakıda "TRT Avaz" telekanalının yaranmasının 8-ci ildönümü qeyd ediləcək

Bakıda "TRT Avaz" telekanalının yaranmasının 8-ci ildönümü qeyd ediləcək
14:17 14 Mart 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ Bakıda "TRT Avaz" telekanalının yaranmasının 8-ci ildönümü qeyd ediləcək.
TRT-nin Bakı Təmsilçiliyindən "Report"a verilən məlumata görə, bu münasibətlə martın 21-də saat 19:30-da Heydər Əliyev Mərkəzində konsert proqramı keçiriləcək. 
Tədbiri 26 ölkə və 15 muxtar respublika olmaqla 300 milyon tamaşaçı canlı izləyəcək. Konsert proqramında Emre Aydın, Azərin və digər sənətçilər iştirak edəcək, həm də Novruz coşqusu Bakıdan dünyaya çatdırılacaq.
Konsert proqramı və Novruz festivalı İçərişəhərdə qurulacaq nəhəng ekranlarla canlı olaraq tamaşaçıların ixtiyarına veriləcək.  

Xəbərin orijinal ünvanı: https://report.az/media/bakida-trt-avaz-telekanalinin-yaranmasinin-8-ci-ildonumu-qeyd-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR