​Tbilisidə gənc aktyor

Tbilisidə gənc aktyor Anar Rafiqoğlunun tamaşaları baş tutdu

Martın 5-i və 12-si Gürcüstanda, paytaxt Tbilisinin Atoneli teatrında gənc aktyor Anar Rafiqoğlunun “Zarafat Kolleksiyası 4” adlı stand up komediya tamaşası baş tutub. Hər iki tamaşaya Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı siyasətçilər, sənət adamları, media nümayəndələri, ictimai fəallar və tələbələr böyük maraq göstərmişdir. Tamaşanın ssenarisini də özü yazan Anar Rafiqoğlu, məzəli və düşündürücü zarafatları ilə yanaşı, tənqidi, ictimai-siyasi zarafatları ilə də tamaşaçılara gülüş bəxş etməyi bacarıb.

Sayca 8-ci stand up komediya tamaşasına çıxan Anar Rafiqoğlu, Gürcüstanda bu sahədə fəaliyyət göstərən ilk və yeganə azərbaycanlıdır. Gənc aktyor növbəti tamaşalarını regionlarda, xüsusilə də Gürcüstan azərbaycanlılarının ən sıx yaşadığı Marneuli şəhərində nümayiş etdirməyi düşünür. Bakıda və Azərbaycanın digər bölgələrində də tamaşaçılar qarşısında çıxış etmək Anar Rafiqoğlunun gələcək planlarına daxildir.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR